Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması ilə bağlı qərarı təsdiqləyib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Aİ Şurası zəruri hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin Avrozonaya daxil olan 20-ci ölkəsi olacaq”, - sənəddə deyilir.
Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində və iyulun 5-də Avropa Parlamentində təsdiqlənmişdi.