Aİ Türkiyə, İordaniya və Livana 90 milyon avro ayırdı

Aİ Türkiyə, İordaniya və Livana 90 milyon avro ayırdı
SİYASƏT
23:25 20.06.2017
1104
Avropa İttifaqı (Aİ) Livan, İordaniya və Türkiyədə sığınacaq tapan suriyalı qaçqınlara kömək məqsədilə 90 milyon avro ayırıb.
 
AZXEBER.COM xəbər verir ki, Beynəlxalq Qaçqınlar Günü münasibətilə ayrılan ianə həmin ölkələrə və təşkilatlara minlərlə uşaq və gəncin təhsil, peşə hazırlığı və psixoloji yardımı üçün nəzərdə tutulub.
 
Məlumata görə, ümumilikdə indiyə qədər Aİ-nin bu istiqamətdə ayırdığı maliyyə vəsaitinin həcmi 200 milyon avro təşkil edib.
 
trend.az
OXŞAR XƏBƏRLƏR