Avropa İtifaqı (Aİ) Rusiya tərəfinin irəli sürdüyü ideyalarla razılaşmayaraq Ukrayna nizamlanması üçün öz sülh təkliflərini təqdim edib.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Brüssel əvvəlcə atəşkəsə nail olmağı, daha sonra qarşılıqlı şəkildə müəyyən ərazilərdən qoşunları çıxararaq ərazi mübadiləsini təklif edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sülh təşəbbüsü Ukraynanın ərazi güzəştləri və atəşkəs müqabilində Rusiyanın nəzarətində olan ərazilərin beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutur. Bu, Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin Rusiyaya verilməsini, Zaporojye və Xerson vilayətləri də daxil olmaqla, bütün cəbhə xəttində münaqişənin dondurulmasını ifadə edir.
Bəzi avropalı rəsmilərin fikrincə, Donbass bölgəsi tamamilə Rusiyanın nəzarətinə keçərsə, o zaman Rusiya Zaporojye və Xerson vilayətlərindən geri çəkilməlidir.
/Oxu.Az