Aİ ukraynalıların müdafiəsini genişləndirir

Aİ ukraynalıların müdafiəsini genişləndirir
DÜNYA
14:14 14.06.2024
143
Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin "Müvəqqəti Mühafizə Direktivi"nin qüvvədə olma müddətini 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aİ-nin müvəqqəti prezidenti Nikol de Mur Aİ Daxili İşlər Nazirləri Toplantısından sonra təşkil edilən birgə mətbuat konfransında açıqlama verib.

Aİ-nin müvəqqəti prezidenti mətbuat konfransında müharibədən qaçan ukraynalılara verilən müvəqqəti mühafizənin uzadılması təklifini qəbul etdiklərini bildirib:" "Ukraynada müharibənin davam etdiyi müddətcə oradakı vəziyyətin təhlükəsiz olmadığını və üzv dövlətlərin bundan xəbərdar olduğunu bilirik. Hücumdan qaçan insanları qorumaq üçün nə lazımdırsa edəcəyik." 
 
Gülay
OXŞAR XƏBƏRLƏR