Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Ukraynaya 35 milyard avro kredit verəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfəri zamanı sosial media platforması X hesabında paylaşım edib.
Leyen paylaşımında Rusiyanın Ukraynaya qarşı fasiləsiz hücumlarını davam etdirdiyini bildirərək Ukraynanın AB dəstəyinə ehtiyacı olduğuna diqqət çəkib. O, AB Komissiyasının G7 öhdəliyi çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək .
Qeyd edək ki, G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.