Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və ABŞ arasında danışıqların başlanması fonunda Ukraynaya azı altı milyard avro həcmində hərbi yardım paketi hazırlayır.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yardım paketinə hava hücumundan müdafiə sistemləri və 1,5 milyon artilleriya mərmisi daxildir.
Yeni paket Avropa Komissiyasından olan nümayəndə heyətinin fevralın 24-də Kiyevə səfəri ərəfəsində təqdim edilə bilər.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Aİ Ukraynaya 700 milyard dollar həcmində böyük yardım paketi hazırlayır.