Aİ Ukraynaya nadir torpaq metalları üzrə saziş təklif edib

DÜNYA
20:37 25.02.2025
269
Avropa İttifaqı (Aİ) Ukraynaya nadir torpaq metallarının istifadəsi ilə bağlı öz sazişini təklif edib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Avropa komissarı Stefan Sejurne bildirib.

"Avropanın ehtiyac duyduğu 30 kritik materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən verilə bilər”, - S.Sejurne qeyd edib.

O, potensial müqavilənin şərtlərini, Aİ ölkələrinin iddia etdiyi mineralları təqdim etməyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Ukraynaya 500 milyard dollarlıq fondun yaradılmasını nəzərdə tutan nadir torpaq metalları haqqında saziş təklif edib.
OXŞAR XƏBƏRLƏR