Aİ və BMT İrana çağırış etdi: Edamları dərhal dayandırın

Aİ və BMT İrana çağırış etdi: Edamları dərhal dayandırın
DÜNYA
13:01 09.12.2022
233

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İranda Məhsa Əmini etirazları zamanı həbs olunan şəxsin edam edilməsindən sonra edamların dərhal dayandırılmasına çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda Məhsa Əmini etirazları zamanı edam cəzasına məhkum edilən nümayişçinin edamından sonra Aİ və BMT İnsan Haqları Şurası edamların dərhal dayandırılmasını istəyib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell açıqlamasında bildirib:

"Bu gün 23 yaşlı Muhsin Şikari İranda davam edən etirazlarla əlaqədar həbs olunduqdan sonra edam edilib. Avropa İttifaqı edamı ən sərt şəkildə pisləyir. Aİ İran hakimiyyətini ölüm hökmü tətbiq etməkdən çəkinməyə, gələcək edamlardan qaçmağa və ölüm hökmünün tamamilə ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır”.

Aİ-nin hər zaman və birmənalı şəkildə ölüm hökmünün əleyhinə olduğu vurğulanan bəyanatda ölüm hökmünün qəddar və qeyri-insani bir cəza olduğu vurğulanaraq, onun heç bir çəkindirici təsiri olmadığı qeyd edilib. Bəyanatda həmçinin diqqətə çatdırılıb ki, ölüm hökmü mümkün səhvləri dönməz edən qəti bir cəzadır.

BMT İnsan Haqları Şurasından verilən açıqlamada da Şikarinin edamının kədərlə qarşılandığı bildirilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR