Ağıl və düşüncələriniz oxuna biləcək – bu yolla

MARAQLI
00:01 09.06.2023
621
Yeni bir hesabat əsasında məlum olub ki, "ağıl oxuyan" texnologiya şəxsi düşüncələrinizi üzə çıxara və ondan sui-istifadənin qarşısını almaq üçün yeni qaydalara ehtiyac ola bilər.

AZXEBER.COM xəbər verir ki, İngiltərədəki İnformasiya Komissarlığı Ofisi (ICO) tərəfindən dərc edilən hesabatda inkişaf edən texnologiya ilə süni intellektin insanın düşüncələrinə daxil ola biləcəyi və zehni oxuyaraq müxtəlif qiymətləndirmələr apara biləcəyi barədə xəbərdarlıq edilib.

Səlahiyyətlilər texnologiyanın düzgün istifadə edilmədiyi təqdirdə insanın şəxsi düşüncələrinə də çata biləcəyi barədə xəbərdarlıq edərək, insanların əqli qabiliyyətlərinə görə müxtəlif ayrı-seçkiliyə məruz qala biləcəyini, xüsusən də işə yararlılıq və psixi sağlamlığın qiymətləndirilməsində neyrotexnologiyadan istifadə oluna biləcəyini bildirib.

ICO rəsmisi Stiven Almond neyrotexnologiyanın heç kimin bilmədiyi düşüncələri ortaya çıxara biləcəyini qeyd edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR