'Ailə-məişət zorakılığına qarşı mübarizədə maarifləndirmənin rolu' layihəsi yekunlaşdı

GƏNCLİK
15:56 19.11.2012
1779

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi və Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Ailə-məişət zorakılığına qarşı mübarizədə maarifləndirmənin rolu” adlı radio proqramlar silsiləsindən ibarət layihənin icrasını yekunlaşdırdı.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına həyata keçirilən layihənin məqsədi ailə-məişət həyatında kişi, qadın və uşağın hüquqlarının sərhədləri barədə ictimaiyyətin məlumatlandırılması və bu yolla ailə-məişət zorakılığı hallarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaqdır.

Layihə çərçivəsində “Araz” Radiosunda 4 radioproqram efirə gedib. Proqramların aparıcısı tanınmış tele-jurnalist Günay Malikqızının həmsöhbətləri- millət vəkili Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, millət vəkili Jalə Əliyeva, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova, psixoloq Aida Namazova və məşhur sənət adamları Rəşad İlyasov, Nadir Qafarzadə və Fidan Haciyeva olub.

Proqramlarda ailədə ata, ana və uşaqların hüquqları, Ailədə uşağın istismarı və uşaq əməyinin diskriminasiya olaraq müəyyən edən amillər, ailədə kişi və qadının hüquqi bərabərliyi: milli ənənə və müasir həyatın üzə çıxardığı çağırışlar və onların hüquqi nizamlanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR