Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət etdi
SOSİAL
22:27 29.07.2022
340
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.

Komitədən "Report”a verilən məlumatda bildirilir ki, son günlər kütləvi informasiya vasitələrində, daha çox isə ictimai fəal vətəndaşların sosial şəbəkə hesablarında uşaqlarla bağlı faciəvi faktları əks etdirən xəbərlərin tirajlanması acı bir həqiqətə – valideyn məsuliyyətsizliyi ilə bağlı bəzi hallara bir daha diqqət yetirməyə vadar edir.

"Çünki valideynlik vəzifələrinin düzgün yerinə yetirilməməsi, bəzi valideynlərin övladları qarşısındakı öhdəliklərinə biganə yanaşması, öz hüquqlarından sui-istifadə etməsi,eləcə də etinasızlıq, laqeydlik və diqqətsizlik kimi hallara yol verməsi uşaqlarla bağlı bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.

Bəs bu hadisələrin qarşısını necə almaq olar, valideynlər nələrə diqqət etməlidirlər?

Bunun üçün onlar uşaqların yaş xüsusiyyətləri, maraq və ehtiyacları barədə ən azı ümumi bigilərə malik olmalıdırlar ki, öz davranış və münasibətlərini ona uyğun tənzimləyə bilsinlər.

Valideynlər hər bir uşağın digər yaşıdlarından fərqli düşüncəyə və xüsusiyyətlərə malik olduğunu dərk etməli, onu qəbul etməli, bütün hərəkət və davranışlarında bunu nəzərə almalıdırlar”, - Komitədən bildirilib.

Qeyd edilib ki, ilk növbədə övladlarına kifayət qadər vaxt ayırmalı, ailə üzvləri arasında qarşılıqlı hörmət və sevgiyə əsaslanan ünsiyyəti möhkəmləndirməlidirlər: "İlk gündən ailədə bu qaydalar çərçivəsində öz davranışlarını formalaşdıran uşaqlar həm şəxsi azadlığını dəyərləndirə bilir, doğmaları və onu əhatə edən cəmiyyət üzvləri qarşısında öhdəliklərini yaxşı dərk edir, həm də qaydalara uyğun yaşamağı öyrənirlər. Çünki valideynlər övladlarının ilk həyat müəllimləridir.

Bu səbəbdən də hər bir valideyn övladının şəxsi bacarıq və qabiliyyətlərinin inkişafı ücün səylə çalışmalı, həmçinin onun qarşısında əldə edə bildiyi bilik səviyyəsinə uyğun gözləntilər qoymalıdır.

Valideynlər övladlarının gündəlik həyatından xəbərdar olmaqla yanaşı, onun şəxsi həyatının da olmasını qəbul etməlidirlər.

İdeal və qeyri-ideal valideyn yoxdur, amma övladlarına diqqət və sevgini düzgün ifadə edən və ya bunu yaxşı bacarmayan valideynlər var. Odur ki, valideyn və ya bu vəzifəni yerinə yetirməli olan şəxslər uşaq və yeniyetmələrin nəyə ehtiyacı olduğunu düzgün müəyyən edərək, onu təmin etməyə çalışmalı onların ən ümdə maraqlarının qoruyucusu olmalıdır”.

"Dövlət Komitəsi ailələrə və cəmiyyət üzvlərinə müraciət edərək, ilk növbədə öz övladlarına, həmçinin bizim hamımızın və Azərbaycanın gələcəyi olan uşaqlara diqqətlə yanaşmağa, onların mənəviyyatca zəngin, fiziki cəhətdən sağlam böyümələri, təhlükəsiz və azad bir cəmiyyətdə yaşamalarını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırır”, - müraciətin sonunda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”