"Ailə qurduğum gün bədbəxt olduğum gündür" - Mənzurə

"Ailə qurduğum gün bədbəxt olduğum gündür" - Mənzurə
MAQAZİN
11:42 10.12.2025
108
"Mənim üstümdə dava gedirdi. Nə qədər elçi gəlirdi, amma mən səhv insanı seçdim. Ona görə də ailə qurduğum gün ən bədbəxt günüm idi".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Mənzurə Musayeva "Rəngarəng" verilişində deyib.
 
Sənətçi illər sonra şəxsi həyatı ilə bağlı etiraflar edib:
 
"Mənim üstümdə dava gedirdi. Nə qədər elçi gəlirdi, amma mən səhv insanı seçdim. Ona görə də ailə qurduğum gün ən bədbəxt günüm idi. Yaxşı ki, sənətim var, mən bu sənətlə xoşbəxt oluram. İndi qızları ataları, qardaşları əlindən tutub oxumağa aparır. Amma o zaman belə şeylər yox idi. Mən oxuyanda qardaşım mənimlə dalaşırdı. Təəssüf ki, mənim həyat yoldaşı seçimim çox yalnış oldu.
 
Qarşımda seçim olsa idi, bilsəydim ki, yoldaşım məni ömrünün sonuna qədər sevəcək, əzizləyəcək və mən xoşbəxt olacağam, təbii ki, sənəti yox, ailəni seçərdim. Amma olmadı...".
 
Aysel


OXŞAR XƏBƏRLƏR