Əməkdar artist Nigar Şabanova yanlış anlaşılan müsahibəsi haqda açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, bu haqda o, "Tarixin bir günü" verilişində danışıb.
Xanəndə bildirib ki, onun fikirləri cəmiyyətə yanlış təqdim edilib:
"3 il öncə verilişlərin birində danışdığım sözləri bu gün yalandan gündəmə gətiriblər. İndi o fikirlərə görə sosial şəbəkədə ünvanıma tənqidlər yazırlar. Qızımı övladlıq alanda demişdim ki, ailə qurmadan da uşaq sahibi olmaq mümkündür. Bunu öz həyatımı, qızımı misal çəkərək demişdim, çünki mən qızımı övladlıq götürmüşəm. Ölkəmizdəki qanunları dəqiq bilmirəm amma, xaricdə daşıyıcı anadan, donorlardan da uşaq sahibi olmaq olur. Mən bu mənada demişdim. Bu çox böyük bir addımdır və içdən ana olmaq istəyirsənsə bütün bu risklərə getməyə dəyər.
Əsas odur ki, heç kimin evini yıxmayasan. Bu gün də bu sözümün üstündəyəm. Allah hər kəsə gözəl həyat qismət etsin ki, heç kimin, heç kimin ailəsində gözü qalmasın".
Xatırladaq ki, əməkdar artist Nigar Şabanova öz qardaşı qızını övladlığa götürüb.
Aysel










































