Türkiyədə yayımlanan, baş rollarda Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Canan Ergüder, Nur Sürer, Nejat İşler və Yüsra Geyikin çəkildiyi "Aile" serialının 11-ci bölümünün çəkilişləri zamanı qəza baş verib.
AZXEBER.COM xəbər verir ki, sosial media hesabından açıqlama verən "Ay Yapım" şirkəti çəkiliş meydançasında baş verən dəhşətli qəzanı izah edərək, araşdırmaya başladığını açıqlayıb.
Prodüser şirkəti tərəfindən edilən açıqlamada bu ifadələrə yer verilib:
""Aile" serialımızın 11-ci bölümünün təsiri ilə final səhnəsinin çəkilişləri zamanı üzücü hadisə baş verdi. Bəzi həmkarlarımız yaralansa da, vəziyyətləri yaxşıdır. Hər cür araşdırma və müayinə aparılacaq və nəticə bizim tərəfimizdən alınacaq. Bütün həmkarlarımıza uğurlar arzulayırıq”.
Gülay