"Ailə tərbiyəsi görmüşəm” - Məleykə efirdə ağladı - VİDEO

"Ailə tərbiyəsi görmüşəm” - Məleykə efirdə ağladı - VİDEO
MAQAZİN
13:27 27.12.2017
6528

ARB TV-nin "Səhər-Səhər” proqramının budəfəki qonağı Xalq Artisti, aktrisa Məleykə Əsədova olub.

AZXEBER.COM xəbər verir ki, xalq Artisti proqramda dünyasını dəyişmiş anasından danışarkən göz yaşlarını tuta bilməyib:

"Anam qocalır mahnısını anama ad günündə hədiyyə etmişdim. Atam haqqında şeirim var. İnsan ailəsinə, özünə hörmət etməlidir ki, başqasına hörmət edə bilsin. Mənim anama, atama, indi də qızıma, bacılarıma böyük hörmətim var. Mən ruhun varlığına inanıram. Hər gün anamla, atamın ruhuna salavat göndərirəm. Dekabrın 29-u anamın ad günüdür. Ad günlərində qəbri üstə oluram. Mən ailə tərbiyyəsi görmüşəm. Danışanda fikirləşirəm ki, bu sözü mənə desələr necə olardım? Son günlər daha çox deyirəm ki, Allah, bizi mərdiməzardan qoru. Allah məni sevənləri qorusun”.


 

OXŞAR XƏBƏRLƏR