Ailədaxili ünsiyyət çatışmazlığından narkotik asılılığına gedən yol – SOSİOLOQ ŞƏRHİ

Ailədaxili ünsiyyət çatışmazlığından narkotik asılılığına gedən yol – SOSİOLOQ ŞƏRHİ
SOSİAL
13:07 26.01.2025
415
Hər kəsin özünə məxsus asılılıqları vardır. Madddi və yaxud mənəvi etdiklərimiz adət halına çevrilərək həyatımızı əhatələyir. Bütün bunlar isə həmişə yaxşı yekunlaşmır.

AZXEBER.COM xəbər verir ki, bu sözləri araşdırmaçı-sosioloq Məhbubə Mehdiyeva deyib.

O, söyləyib ki, bəşər tarixində insan getdikcə yalnızlaşan anadan ayrıldıqdan sonra mövcud olmaq üçün mübarizə aparan, bu prosesdə dövr-dövr narahatlıqlarla qarşılaşan və sevgi ehtiyacını ödəyə bilmədiyi vəziyyətlərlə üzləşən bir varlıqdır:

"Qarşılaşdığı problemlərlə mübarizə aparmaq üçün fərdin psixoloji sağlamlığı, düzgün düşüncə və davranışlar inkişaf etdirməsi, təcrübə və şəxsi inkişafı zəruridir. Lakin bu mərhələdə uğur qazana bilməyən şəxslər maddə istifadəsini yanlış bir mübarizə üsulu olaraq istifadə etməyə başlaya bilərlər.

Maddə asılılığı yalnız zövq axtarışı və ya özünə zərər vermə istəyi ilə izah olunmayan bir problemdir. Şəxs özlüyündə yaşadığı çatışmazlıq və eqosundakı yetərsizlik səbəbilə çətin hadisələrdən uzaqlaşmağa çalışarkən maddə asılılığı inkişaf etdirə bilər. Xüsusilə ətraf mühitlə əlaqə qurmaqda çətinlik çəkən, özünə qapanan, ailəsindən dəstək görə bilməyən fərdlər, özləri kimi maddə istifadə edən şəxslərlə dostluq etməyə meylli ola bilərlər. Ailədaxili ünsiyyət çatışmazlığı, münaqişə mühiti, valideynlərin alkoqol və ya digər maddələrdən istifadə etməsi kimi vəziyyətlər asılılığın inkişafına zəmin yarada bilər”.

Sosioloqun fikrincə, stress altında olan şəxslər yaşadıqları narahatlığı azaltmaq və problemlə mübarizə aparmaq üçün inkar və əks etdirmə kimi müdafiə mexanizmlərindən istifadə edə bilərlər:

"Lakin asılılığa meyilli şəxslərdə bu mexanizmlər adətən qeyri-kafi qalır və hiperaktivlik, aqressivlik kimi hallar ön plana çıxır.

Maddə asılılığının səbəbləri aşağıdakı kimi sıralana bilər:

Sağlam olmayan dost mühiti, şəxsiyyət problemləri, sağlam olmayan ailə mühiti, problemlərdən qaçma istəyi, gücsüz və zəif şəxsiyyət strukturu, emosional yoxsulluq…

21 əsr bəşəri bəla narkotik maddə asılılığı hər gün daha da artır. Ümumiyyətlə maddə asılılığı nədir?

Şəxsin fiziki və psixoloji baxımdan bağlanaraq ictimai və peşəkar həyatının pisləşməsi ilə yaranan maddə istifadəsi pozuntusu maddə aslılığıdır.

Aslılığın aradan qaldırılmasına başlarkən maddəyə qarşı dözümlülük inkişaf etdirməsi və maddənin dayandırılması və ya azaldılması halında narahatlıq, həyəcan, titrəmə kimi əlamətlərin müşahidə olunması vacibdir. Ölkəmizdə və dünyada son dövrlərdə tez-tez rast gəlinən maddə istifadələrinə baxıldıqda mərkəzi sinir sistemində uyuşma yaradan, əsasən ağrı kəsici təsirə malik olan, əsasən də siqaret, alkoqol, sirr, kokain, amfetamin və sedativlər başlıca yerləri tutur”.

Onun sözlərinə görə, dünyada aparılan ticarətin 10%-i qədər böyüklüyə çatan qeyri-qanuni maddə satışı hər keçən gün artmaqdadır:

"ABŞ əhalisinin 7%-də maddə asılılığı müşahidə olunması ölkəni ən geniş yayılmış narkotik istifadəsi olan ölkə halına gətirir. Bir maddənin narkotik olub-olmamasına qərar verərkən şəxsin iradəsinə, zəkasına təsirinə, xəbərdaredici və ya zövqverici, sərxoşedici toksik təsirlərə, insanda alışqanlıq yaratmasına və zamanla istifadə olunan maddə miqdarının artırılma ehtiyacına baxılır.

Maddə İstifadəsi Faktorları:

Maddə istifadəsinə təsir edən müxtəlif faktorlar mövcuddur:

Kişilər arasında istifadə nisbəti qadınlara nisbətən daha yüksəkdir.

Narkotik maddələrin təsiri sakitləşdirici, stimullaşdırıcı və ya zövq verici ola bilər.

Tibbdə dərman şəklində istifadə edilən və sui-istifadənin qarşısını almaq üçün reseptlə satılan maddələrə "psixotrop” deyilir.

Narkotik maddələrə çıxış təəssüf ki, çox asandır.

Sosial-iqtisadi vəziyyətə görə istifadə edilən maddə növləri dəyişir.

Maddə asılığı olan gənclərin məktəb uğurları aşağı, dərs buraxmaları yüksəkdir.

Alkoqol asılılığının genetik keçidi ilə bağlı razılıq olsa da, digər maddələrlə bağlı eyni fikir birliyi yoxdur”.

O, həmçinin vurğulayıb ki, psixoaktiv maddələrin mərkəzi sinir sisteminə təsirini qeyd etsək, onları 4 cür təsnifatlaya bilərik:

1. Narkotik ( Keyləşdirici ) təsir edənlər (Heroin və s.),

2. Stimulyant (Həyəcanlandırıcı) təsir edənlər (Kokain),

3. Halüsinojen təsir edənlər (Sirr),

4. Depressant təsir edənlər (Alkoqol).

Maddə Asılılığının əsas əlamətləri hansılardır?

12-17 yaş arası uşaqların maddə asılılığına meylliliyi diqqət edilməli olan əsas məsələlərdən biridir. Maddə asılılığı yaş paylanmasına baxıldıqda isə 17-25 yaş arasında asılılıq göstəricilərində artım müşahidə olunur. Bir şəxsə maddə asılığı diaqnozu qoyulması üçün ən azı 3 əlamətin həmin insanda müşahidə olunması lazımdır:

Dözümlülük inkişafı (istifadə olunan maddənin təsirinin azalmasıyla istifadə olunan miqdarın artırılması),

Maddə istifadəsini fərdin idarə edə bilməməsi, maddə əldə etməyə və istifadə etməyə çox vaxt sərf olunması, maddə istifadəsi səbəbilə sosial həyat, karyera və şəxsi məşğuliyyətlərin azalması, maddənin planlaşdırılandan daha uzun müddət və ya miqdarda qəbul edilməsi.

Narkotik Maddəyə Asılılıq Növləri Nələrdir?

Psixoloji Asılılıq:

Fərd maddəni özünü onunla eyniləşdirərək maddə olmadan özünü yaxşı hiss etməyəcəyini və problemlərlə başa çıxa bilməyəcəyini düşünür.

(Maddə qəbulu zaman şəxs qısa müddət də olsa problemləri sıfıra endirir)

2. Fizioloji Asılılıq:

Maddəyə zamanla alışan orqanizm istifadə olunmadığı zaman normal funksiyalarını yerinə yetirə bilmir. (İlk vaxtlarda maddəsiz həvəssiz olduğu rəqsləri, idmanları saatlarla edir)

Bütün bu faktorları nəzərə alaraq maarifləndirmə kampaniyalarına hər birimiz qoşulub cəmiyyətimizi və dünyamızı bu bəladan xilas edə bilərik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”