Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - Video

Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - Video
SOSİAL
23:06 31.08.2026
63
Ata-anası cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa qaçdı...

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, daha bir erkən nikahın qarşısı alınıb. Amma, bu dəfə hekayənin qəhrəmanı elə ərə verilmək istəyən qız olub. Sentyabrın 20-də toyunun keçirilməsi nəzərdə tutulan 17 yaşlı qız cehiz almaq üçün gedən valideynlərindən qaçıb.

Əvvəl taksiyə minib, sonra sürücüdən onu sığınacağa aparmağı xahiş edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Xəzər xəbər"ə bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

OXŞAR XƏBƏRLƏR