Dünən Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Suraxanı rayonu Bahar qəsəbəsində fərdi yaşayış evində özünü asaraq intihar edən 36 yaşlı Vüqar Abdullayevin xeyli vaxt işsiz olduğu üzə çıxıb. Məlum olub ki, ailəsini maddi cəhətdən təmin etməyə əziyyət çəkən şəxsdə spirtli içkilərə aludəçilik də yaranıbmış.
O, evinin dəhlizində taxtaya bərkitdiyi kəndirlə özünü asıb.
Araşdırmalar davam etdirilir.
///lent.az