Ailəsinin dağıntılar altında qaldığı yeri göstərən pişik onları belə xilas etdi - VİDEO

Ailəsinin dağıntılar altında qaldığı yeri göstərən pişik onları belə xilas etdi - VİDEO
DÜNYA
13:02 20.02.2023
195
Kahramanmaraş mərkəzli zəlzələdə heyvanlar belə insanların köməyinə qaçır. 

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra xilasetmə işlərində komandaların ən böyük köməkçisi təlim keçmiş itlər olur. İtlərlə yanaşı, bəzi pişiklərin də dağıntılardan ailələrini xilas etdiyi məlum olub. 

Zəlzələ bölgəsində bir çox pişik ailəsinin yerini göstərərək qruplara kömək edib.

Görüntülərdəki bu pişik də dağıntılar içərisindəki boşluğa girərək ailəsinin yerini qruplara göstərib. 

Həmin görüntüləri təqdim edirik:

Ayşən
OXŞAR XƏBƏRLƏR