“Ailəvi tanışıq, toyumuzda da iştirak ediblər” - 26 minlik qızılı oğurlanan

“Ailəvi tanışıq, toyumuzda da iştirak ediblər” - 26 minlik qızılı oğurlanan
SOSİAL
13:12 06.09.2018
3352
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın və digər şəxslərin evindən oğurluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, Cavid Əliyev və Natiq Fərəcovun məhkəməsi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Qafqazinfo-nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası davam etdirilib.
Zərərçəkmiş Anar Əliyev evindən 18 min manatlıq qızıl oğurlandığını deyib: "Müğənni Nazpəri xanımın 250 minlik ziyanı ödənib, amma bizim 10 illərlə qazandığımızı bir gecədə apardılar, zərəri də ödəməyiblər. Cavidin atası söz verib ki, ödəyəcək, gözləyirəm”.

Afaq Həsənova da Sumqayıtdakı evindən 26 minlik qızıl oğurlandığını deyib: "Mənim evimdən oğurluq edilməsi kameraya düşüb, görüntülər də polisdə var. Orada görünür ki, iki nəfərdirlər, amma ittihamda Cavidin oğurluğu tək törətdiyi yazılıb. Onun atası, anası ziyalı adamlardır, Ailvəvi tanışıq, toyumuzda da iştirak ediblər. Atası pulu qaytaracağına söz verib. Mənə sadəcə bir boyunbağı qaytarılıb, onu da bir qadın verdi”.

Məlum olub ki, C.Əliyev oğurladığı boyunbağını sevgilisinə hədiyyə edib. Aynur Osmanova adlı həmin qadın məhkəmədə ifadəsində boyunbağını könüllü qaytardığını deyib: "Cavidin həbs edildiyini bilib özüm qızılı polisə təhvil verdim”.

Proses sentyabrın 13-də davam etdiriləcək. 
OXŞAR XƏBƏRLƏR