"Ağır döyüşlər gedir" - Konaşenkov

"Ağır döyüşlər gedir" - Konaşenkov
DÜNYA
18:30 20.03.2022
418
Donetsk silahlı separatçı qruplaşması Stepnoe yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə Rusiya MN-in rəsmisi İqor Konaşenkov məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusu geri çəkilir:

"Hazırda Donetsk silahlı qüvvələri geri çəkilən Ukraynanın 53-cü mexanikiləşdirilmiş briqadasını təqib edir. Ukrayna briqadasının 25 əsgəri öldürülüb, iki tank, iki PDM, 5 hərbi maşın məhv edilib".

Onun sözlərinə görə, Donetskin "ikinci hərbi birləşməsi" 3 km irəliləyərək, Kamenka-Verxnetoretskoe yoluna çıxıb, hazırda bu istiqamətdə döyüşlər gedir.
 
///axar.az¼
OXŞAR XƏBƏRLƏR