Ağır əməliyyat keçirən Ferdi Tayfurdan ilk AÇIQLAMA

Ağır əməliyyat keçirən Ferdi Tayfurdan ilk AÇIQLAMA
MAQAZİN
09:57 20.12.2024
259
Səhhətində problem yaranan və təcili əməliyyat olunan türkiyəli ustad sənətçi Ferdi Tayfurdan yeni xəbər var.
 
AXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qulaq-burun-boğaz həkimləri tərəfindən sinus əməliyyatı keçirən Ferdi Tayfurun xəstəxanada nəzarəti davam edir.
 
Sağlamlığı ilə bağlı sualları cavablandıran Ferdi Tayfur həkimlərinə və onun üçün dua edən şəxslərə təşəkkür edib.
 
"Sizin sayənizdə yaxşıyam. Şükür Allaha. O qədər dərddən keçdim, hər kəsə nəsib olmur bu yaşda sağlamlıqla mübarizə aparmaq. Dualarınız üçün sağ olun. Çox yaxşıyam".
 
Aysel
OXŞAR XƏBƏRLƏR