Fransanın "Air France” aviaşirkəti Pakistan ərazisi üzərindən uçuşların dayandırıldığını bildirib.
Bu barədə "Reuters” agentliyi şirkətin məlumatına istinadən məlumat yayıb.
"Aviaşirkət növbəti bildirişə qədər Pakistan üzərindən uçuşları dayandırmaq qərarına gəlib", - məlumatda bildirilib.
Bundan əlavə, Almaniyanın "Lufthansa Group" konserni də uçuşlarının Pakistan hava məkanından yan keçəcəyi bildirib.