Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü
SOSİAL
11:36 06.01.2023
813
Dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan "Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, F. Bayramoğlunun iki yaşlı qızı yadigar qalıb.
 

OXŞAR XƏBƏRLƏR