Ağır yol qəzası: 1 ölü, 3 yaralı

Ağır yol qəzası: 1 ölü, 3 yaralı
Bütün Xəbərlər
10:20 16.09.2013
924

Tərtərdə baş verən yol qəzası bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisə Tərtərin Sarıcalı kəndi ərazisində baş verib. “Mercedes” markalı minik maşını “Shacman” markalı yük maşını ilə toqquşub. “Mercedes”in sürücüsü Hikmət Cəfərov hadisə yerində keçinib. Onun sərnişinləri Büllurə Mehdiyeva, Nazlı Mehdiyeva və Fərhad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR