Ağcabədidə baş verən yol qəzasında 2 nəfər ölüb 1 nəfər yaralanıb.
Ağcabədi Rayon Polis şöbəsindən verilən məlumata görə, Mingəçevir-Bəhrəmtəpə yolunda ağır yol qəzası baş verib.Azərbaycan ordusunun giziri 21 yaşlı İsmət Qabilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yanacaqdoldurma məntəqəsində yerləşən avtomobillərin yuyulma sahəsində işləyən 1976-cı il təvəllüdlü Muradov Füzuli Məmməd oğlunu və 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vurub. Hər iki şəxs hadisə yerində ölüb. 21 yaşlı hərbçi isə xəsarət alıb.Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.