Ağır yol qəzası: 2 nəfər yaralandı - VİDEO

Ağır yol qəzası: 2 nəfər yaralandı - VİDEO
15:05 12.03.2013
889
Ötən gecə Bakıda –Yasamal rayonunun Şərifzadə küçəsində ağır yol qəzası baş verib. Qəzanın səbəbi ötmə əməliyyatının düzgün yerinə yetirilməməsidir. Sürət həddini aşan avtomobil böyük sürətlə hərəkət edən digər maşınla toqquşduqdan sonra qarşı yola keçərək, burada maneələrə çırpılıb. İkinci avtomobil isə işıq dirəyinə çırpılaraq, yararsız hala düşüb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR