Ağır yol qəzası: yük maşını toqquşmanın təsirindən aşdı
MAQAZİN
14:29 11.03.2013
1864
Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsi ərazisində, daş bazarının yaxınlığında yük maşını ilə minik maşını toqquşub.Belə ki, “KamAZ” markalı 19 BC 085 dövlət nömrə nişanlı yük maşını ilə “Daewoo” markalı 90 KN 978 dövlət nömrə nişanlı minik maşını toqquşub. Qəza nəticəsində yük maşını aşıb.