Çağırışçı iti ilə birgə hərbi xidmətə getdi

Çağırışçı iti ilə birgə hərbi xidmətə getdi
DÜNYA
15:36 22.01.2014
1576

Rusiyanın Samara vilayətindən olan çağırışçı iti birlikdə hərbi xidmətə yollanıb. 

Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Rusiyada son 20 ildə baş vermiş ilk belə hadisədir.

19 yaşlı çağırışçı erkən yaşlarından kinologiya ilə maraqlanıb. Onun "Aqata" adlı iti sərgilərdə qələbə qazanıb və Rusiya çempionu olub.

Məlumata görə, əsgər və iti Quru Qoşunların Dairə Tədris Mərkəzinin Kinologiya şöbəsinə gediblər.

OXŞAR XƏBƏRLƏR