Ağız qoxusu ilə protokol tərtib etmək olar? - Rəsmi açıqlama

Ağız qoxusu ilə protokol tərtib etmək olar? - Rəsmi açıqlama
SOSİAL
18:49 28.09.2016
1681
Dünən tanınmış həkim Vasif İsmayıl deyib ki, spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş olması demək deyil, əsas olan qanda çıxan spirtin normasıdır, yol polisi yoxladığı cihazla protokol tərtib edə bilməz, ancaq həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər.
Məsələ ilə bağlı açıqlama verən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Ağız iyləməklə protokol yazıla bilməz!” başlıqlı məqaləyə və yazıdakı fikirlərə ayıdınlıq gətirib.
Onun sözlərinə görə, sürücülərə yalnız ağızdan gələn qoxuya görə inzibati protokol yazılmır və yazıla da bilməz: "Ola bilər ki, yol patrul xidməti əməkdaşı sürücü ilə ünsiyyətdə olarkən alkoqol qoxusunu hiss etsin və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələnsin. Lakin bu şübhə heç bir əməkdaşa əsas vermir ki, o, ağız qoxusuna görə inzibati protokol tərtib etsin. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunmasına görə inzibati xəta haqqında protokol yalnız Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun şəkildə müayinədən keçirildikdən sonra tərtib edilə bilər. Həmin Qaydaların tələblərinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi onun nəfəsindən alkoqollu içki qoxusu gəldiyi, ayaq üstə sərbəst dayana bilmədiyi və ya özünü idarə edə bilmədiyi kimi əlamətlərdən biri müşahidə olunduqda YPX inspektorlarının istifadəsində olan texniki vasitələrin, yəni alkotester və ya narkotesterin köməyi ilə həyata keçirilir".
O ki qaldı "həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər” fikrinə, Kamran Əliyevin sözlərinə görə, qaydalarda konkret göstərilib ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir: "Həmin qaydalarda o da qeyd ounub ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 
Odur ki, xüsusi texniki vasitə ilə müayinədən keçməkdən imtina etməyən və müayinənin nəticəsi ilə razılaşan şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin tələblərinə uyğundur". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb