Ajda Pekkandan AST Telmana cavab

MAQAZİN
18:15 17.09.2013
3477

"Doğum günü məclisinə konsert proqramı ilə çıxış etmək üçün getməmişdim"

Ajda Pekkanözü haqqında Türkiyə mətbuatında yer alan qalmaqala münasibət bildirib. Sənətçi tanınmış Azərbaycanlı iş adamıTelman İsmayılovun Antalyada yerləşən “Mardan Palace”da həyat yoldaşıSamirə İsmayılovaüçün təşkil etdiyi ziyafətdə səhnədən qovulması xəbərinin yalan olduğunu deyib: “Doğum günü məclisinə konsert proqramı ilə çıxış etmək üçün getməmişdim. Çıxışım zamanı, sadəcə, 3 mahnı oxudum. Telman bəyin orkestrin səsini alıb, məni səhnədən aşağı endirməsi ilə bağlı söylənilənlər həqiqət deyil”. A.Pekkan onu da əlavə edib ki, Antalyadan geri qayıdarkən onu hava limanında “Mardan Palace”ın baş direktoru yola salıb. Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında yazılanlara görə, Telman İsmayılov super star Ajda Pekkanı səhnədən enməyə məcbur edib. Hadisə isə biznesmenin həyat yoldaşı Samirənin doğum günü münasibətilə sahib olduğu “Mardan Palace” oteldə düzənlədiyi 60 nəfərlik özəl bir gecədə baş verib. T.İsmayılov çıxış etməsi üçün Ajda Pekkanı da gecəyə dəvət edib. Səhnəyə çıxan super star canlı oxuduğu sevilən mahnıları ilə qonaqları şənləndirərkən 10-cu mahnıda bir anda kəsilən səslə şok olub. Türkiyə mətbuatı yazıb ki, mərasimdə çıxış etməsi üçün Pekkana 300 min lirə (təxminə 150 min manat) ödədiyi iddia edilən Telman İsmayılov müğənninin performansını bəyənməyib. Bir anda hirslənərək masadan qalxan İsmayılov “Budur super star, budur Ajda Pekkan? Bu qadını səhnədən endirin”, - deyib. Bundan sonra səhnəni tərk edən A.Pekkan əşyalarını topladıqdan sonra oteldən ayrılıb. (anspress)

OXŞAR XƏBƏRLƏR