AK bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı təkliflər təqdim edə bilər

AK bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı təkliflər təqdim edə bilər
DÜNYA
19:22 10.06.2025
731
Avropa Komissiyasının (AK) bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketi üzrə təkliflərlə çıxış etməsi gözlənilir.

Bu barədə "The Financial Times” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, yeni paketə Rusiya neftinin qiymətinin 60 dollardan 45 dollara endirilməsi, həmçinin Rusiyanın enerji infrastrukturundan, o cümlədən "Şimal axını" qaz kəmərindən istifadənin qadağan edilməsi daxil olacaq.

Bundan başqa, mənbələr qeyd edirlər ki, AK-nın təklifi bir sıra Rusiya banklarına və bu ölkədən neft daşıyan gəmilərə qarşı sanksiyaları əhatə edir.

AK təklifləri səsləndirdikdən sonra onları Aİ ölkələri müzakirə edəcək. Bu tədbirlərin təsdiqi üçün blokun bütün üzvlərinin yekdil dəstəyi lazımdır.

Mənbələr iyul ayının sonuna qədər yeni paketlə bağlı razılığa nail olunacağına ümid edirlər.
 
///report
OXŞAR XƏBƏRLƏR