AK Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması prosesinə başlayıb

AK Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması prosesinə başlayıb
DÜNYA
02:47 22.01.2026
461
Avropa Komissiyası (AK) Gürcüstan vətəndaşlarının diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması prosesinə başlayıb.

Bu barədə AK-nın mətbuat katibi Markus Lamert bildirib.

"AK hesab edir ki, Gürcüstan hakimiyyətinin fəaliyyəti viza rejiminin liberallaşdırılması prinsiplərini zəiflədir, Aİ-nin norma və dəyərlərinə uyğun deyil, iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin sabit inkişafına maneə törədir", - deyə o qeyd edib.

M.Lamertin sözlərinə görə, əgər geri çəkilmə davam edərsə, vizasız rejiminin dayandırılması mexanizmi bütün Gürcüstan vətəndaşlarına şamil olunacaq.

/Report
OXŞAR XƏBƏRLƏR