Çak Norris vəfat etdi

Çak Norris vəfat etdi
MAQAZİN
18:22 20.03.2026
280
Havay ştatının Kauai adasındakı xəstəxanaya yerləşdirilən amerikalı kinoaktyor Çak Norris vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Çak Norris martın 10-da 86 yaşını qeyd edib.

Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.

1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib.
OXŞAR XƏBƏRLƏR