Akademi Karyera Seminarı Dövlət Pedeqoji Universitetinin qonağı oldu - FOTOLAR

MARAQLI
13:27 24.12.2011
2769

23 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində növbəti dəfə baş tutan Akademi Karyera Seminarın məruzəçiləri televiziyadakı fəaliyyəti ilə yanaşı, biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsənli, Azərbaycanda ilk internet televiziyası KANAL 13-ün yaradıcısı və rəhbəri Əziz Orucov, KİV və PR texnologiyalar üzrə peşəkar ekspert Əli Hacızadə, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və Akademi Təhsil Mərkəzinin Layihələr üzrə meneceri Razi Vəliyev oldu.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedeqoji Universitetinin Tərbiyə İşləri üzrə Prorektoru Rafiq Baxışəliyev qonaqları salamladı və Akademi Təhsil Mərkəzinin tələbələrə belə layihələr sayəsində tövhə vermək məqsədini müsbət qiymətləndirdiyini bildirdi. Daha sonra isə o, tədbiri idarə etmək üçün sözü Akademi Təhsil Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuranə Ağayevaya verdi. Nuranə Ağayeva bildirdi ki, Akademi Karyera seminarı davamlı şəkildə Azərbaycanın bütün nüfuzlu universitetlərində keçiriləcək . Məqsəd isə, gənclərə istər təhsil, istərsə də gələcək fəaliyyəti ilə bağlı töhvə vermək olan Akademi Təhsil Mərkəzi bu kimi layihələrlə Azərbaycan gənclərinə faydalı olacaq tədbirlərini davam etdirəcək. Tədbir layihənin TV dəstəkçisi olan KANAL 13 tərəfindən işıqlandırılacaq və bu vasitə ilə iştirak edə bilməyən gənclər də izləyərək faydalana biləcəklər. Tədbirdə media sahəsi, televiziya, marketinq, idarəetmə, özəl biznes və digər fəaliyyət istiqamətlərinə dair maraqlı və gərəkli açıqlamalar verildi.

Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Çıxışlara diqqətlə qulaq asan tələbələr sonda 

məruzəçilərə suallarını verərək uğurlu karyera qurmaq haqqında ətraflı məsləhətlər aldılar.

OXŞAR XƏBƏRLƏR