Akar: "Türkiyə Ordusu Azərbaycanın yanındadır"

Akar: "Türkiyə Ordusu Azərbaycanın yanındadır"
DÜNYA
20:43 09.06.2022
488
Türkiyə Ordusu tarixi və mədəni məsuliyyəti nəzərə alaraq, dost və qardaş ölkələrin, xüsusilə Azərbaycan və Liviyanın haqlı mübarizələrində onların yanındadır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərinin təhlükəsizliyini təmin edərək, başda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatları ilə daxildə və xaricində mübarizə aparır, bununla Türkiyənin maraq və mənafelərini qətiyyətlə qoruyur.
OXŞAR XƏBƏRLƏR