Akif Əlizadə yenidən AMEA prezidenti seçildi

Akif Əlizadə yenidən AMEA prezidenti seçildi
SOSİAL
14:59 08.06.2018
10656
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

AZXEBER.COM-un məlumatına görə, səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.

Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.
OXŞAR XƏBƏRLƏR