Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas simalarından biri olan həbsdəki general Akif Çovdarov növbəti dəfə istintaq hərəkətləri aparılıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumatlandrıb. Məlumatda bildirilir ki, Akif Çovdarov bu dəfə vaxtilə hədə-qorxu ilə külli miqdarda pulunu aldığı iş adamlarının biri ilə üzləşdirilib.
İstintaqa ifadəsində Çovdarov maraqlı fikir də söyləyib. O, ittihamların bəzilərini qəbul etmədiyini də deyib: “Mənim üçün artıq fərqi yoxdur. Nə istəyirsizsə, yazın. Onsuz da mən ağır xəstəyəm. Çox yaşamayacağam, öləcəm. Ona görə də mənə nə qədər cəza verilməsinin əhəmiyyəti yoxdu”.