“Akif Çovdarov sanitar hissədə saxlanılır” – Vəkilindən şok açıqlama

“Akif Çovdarov sanitar hissədə saxlanılır” – Vəkilindən şok açıqlama
SOSİAL
12:26 29.08.2016
2949
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları ilə tanış olmanı dayandırıb.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, müvəkkilinin səhhəti ağır olduğu üçün cinayət işinin materialları ilə tanış ola bilmir: “Bilirsiniz ki, Akif Çovdarov bir müddətdir aclıq aksiyasına başlayıb. Hazırda aclıq aksiyasını davam etdirir. O, bir neçə xəstəlikdən əziyyət çəkir. Aclıq aksiyası isə səhhətinə daha pis təsir edir. Hazırda Bakı İstintaq Təcridxanasının sanitar hissəsində saxlanılır” .
Qeyd edək ki, bir müddət əvvəl Akif Çovdarov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Hazırda təqsirləndirilən şəxslər və vəkilləri cinayət işinin materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra iş baxılmaq üçün məhkəməyə göndəriləcək.
Akif Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1-ci (Məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır