Akif Çovdarov və ailə üzvlərinin xaricdə xərclədiyi pulun məbləği AÇIQLANDI

Akif Çovdarov və ailə üzvlərinin xaricdə xərclədiyi pulun məbləği AÇIQLANDI
SOSİAL
16:59 16.11.2016
1423
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş idarəsinin həbsdə olan rəisi Akif Çovdarov və ailə üzvləri tərəfindən xarici ölkələrdə xərclədikləri pulun məbləği açıqlanıb.
 
AZXEBER.COM APA-ya istinadən bildirir ki, Bakı şəhəri Səbail, Xətai, Yasamal rayon məhkəmələrinin 7 yanvar 2016-cı il, Nərimanov rayon məhkəməsinin 8 yanvar, 13 iyun 2016-cı il tarixli qərarları əsasında kommersiya banklarından ələ keçirilmiş məlumatlarla müəyyən edilir ki, Çovdarov Akif Teymurxan oğlu və ailə üzvləri tərəfindən bank hesablarından 17.09.2013-cü il tarixdən etibarən 432.000 manat, 21.07.2014-cü il tarixdən etibarən 8.000 avro, 27.03.2014-cü il tarixdən etibarən 91.233 manat, 21.07.2014-cü il tarixdən etibarən 72.885 manat, 05.08.2014-cü il tarixdən etibarən 57.100 manat vəsait müxtəlif xarici ölkələrdə xərclənib (ümumi olaraq 432. 221 manat və 8 min avro).
 
Həmin fakt istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Akif Çovdarovun külli miqdarda rüşvət alma, hədə-qorxu ilə pul vəsaitləri tələb etmə əməllərini törətməsini təsdiqləyən mötəbər sübut kimi qiymətləndirilib.
 
Bundan əlavə, axtarış və götürmə aparılmasına dair 14.11.2015-ci il tarixli qərarlar əsasında Akif Çovdarova məxsus fərdi yaşayış evləri, mənzillər, bağ evləri və digər saxlanc yerlərindən külli miqdarda qiymətli daş-qaşlarla bəzədilmiş qol saatları, üzüklər, sırğa dəstləri, kulonlar, boyunbağılar, bilərzik, sancaq, sırğa və kulon dəsti, mobil telefon cihazları, müxtəlif kommersiya banklarının plastik kartları, 6.810 manat, 3.758 ABŞ dolları, 10.000 Türkiyə lirəsi və suvenir tapançanın aşkar edilməsi, mülkiyyət və sahibliyində rəsmi gəlir mənbələri ilə uyğunluq təşkil etməyən çoxsaylı daşınmaz əmlakların, qiymətli əşyaların mövcudluğu onun vəzifəsindən sui-istifadə etməklə mütəşəkkil dəstə tərkibində quldurluq, hədə-qorxu ilə tələb etmə, rüşvət alma əməllərini törətməsini bir daha təsdiq edir.
 
Qeyd olunanlardan əlavə, axtarış və götürmə aparılmasına dair 14.11.2015-ci il tarixli protokoldan görünür ki, Akif Çovdarova məxsus, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi massiv 3, ev 422-də yerləşən fərdi yaşayış evindən qızıl-zinət məmulatları, kompüter və digər texniki vasitələrlə yanaşı, iki ədəd kauçuk, bir ədəd metal dəyənək də aşkar edilib götürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır