Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb
12:52 07.04.2020
1182
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb. 

Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.
 
///APA
OXŞAR XƏBƏRLƏR