Akif Qurbanov: “Yoluxmada artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”

Akif Qurbanov: “Yoluxmada artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”
SOSİAL
17:03 10.08.2021
357
"Karantin rejiminin yumşaldılması, xüsusilə toyların keçirilməsinə icazə verilməsi, restoran və ticarət obyektlərinin, metronun açılması və digər yumşalma tədbirləri əhalidə müəyyən arxayınlıq yaratdı və nəticədə bu gün yoluxmaların sayında xeyli artım müşahidə olunmaqdadır. Yoluxma sayında artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”.

Bunu Trend-ə TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, yumşalma tədbirlərindən sonra insanlar arasında təmaslar artdı və təəssüf ki, pandemiya qaydalarına tam əməl olunmadığı üçün yoluxmaların da sayı artdı:

"Bu onu göstərir ki, bir qədər ehtiyatlı olmalıyıq, vaksinasiya prosesində daha aktiv iştirak etməliyik. Düzdür, insanların müəyyən qismi vaksinasiya olunub, bir qismi isə xəstəliyi keçirib, ancaq nəzərə almaq lazımdır ki, vaksinasiya olunmayan, virusa yoluxmayanların da sayı çoxdur. Ona görə də hazırda yoluxmanın artması fonunda qorunma tədbirlərinə əməl etməyimiz vacibdir.

Yoluxmaların sayında artım eyni zamanda onu göstərir ki, hələ də əhali arasında virusa qarşı kütləvi immun formalaşmayıb. Ona görə də qorunma qaydalarına ciddi əməl olunmalıdır. İkinci tərəfdən bizim bir yolumuz var, vaksinasiya. Vaksinasiya olunmayanlar hökmən peyvənd vurdurmalıdır. Hamımız vaksinasiya olunsaq, onda yoluxma sayları bizi o qədər də narahat etməyəcək”.

A.Qurbanov bildirib ki, pandemiya hələ bitməyib: "Azərbaycanda vəziyyətin nisbətən əlverişli olması dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir. Qonşu ölkələrdə nələr baş verdiyini hər kəs yaxşı görür, yəni yoluxma sayları həddən artıq çoxdur. Azərbaycanda da yoluxma saylarında artımın bu şəkildə davam etməsi artıq narahatlıq yaradır. Normal həyata qayıtmaq, yenidən sərt qaydaların tətbiq olunmamasını istəyiriksə, onda gərək ehtiyatlı olaq, hamımız vaksinasiyada iştirak edək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir