12-13 oktyabr 2013-cü il tarixlərdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “Climbaku” İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun əziz xatirəsinə həsr olunmuş idman dırmanması turniri uğurla başa çatıb.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, FAİREX tərəfindən artıq ənənəvi hal almış və bu gün də bu ənənənin davam etdirildiyi yarışlarda qalib gəlmiş idmançılar diplom və sertifikatlarla mükafatlandırılıb.
Turnirin nəticələrini təqdim edirik:
Boulderinq mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə (“Ekosport”)
2. Babək İbadov (“Ekosport”)
3. Yamil Siraclı (“Şəki AMA”)
Boulderinq mərhələsi üzrə (qızlar arasında)
1. Aysel Sultanova (“Ekosport”)
2. Sima Səfərova (“Qərb Universiteti”)
3. Qaşqay Gülər (“Rockstone”)
Sürət mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə (“Ekosport”)
2. Zöhrab Şahbalayev (“İrəli ekstrim”)
3. Babək İbadov (“Ekosport”)
Sürət mərhələsi üzrə (qızlar arasında)
1. Diana Xanina (“Blackstone”)
2. Aysel Sultanova (“Ekosport”)
3. Təranə Aslanova (“Climbclub”)
Xatırladaq ki, uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişmiş tanınmış dağ idmançısı A. Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnir ilk dəfə 2010-cu ildə FAİREX tərəfindən təşkil edilib və artıq ənənəyə çevrilmiş belə yarışlar bundan sonra da davam etdiriləcək.