İYİ Partiyasının sədri Meral Akşener Azərbaycanı antiterror əməliyyatını uğurla başa vurması münasibətilə təbrik edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkən Akşener bu yolun türk dünyasına əhəmiyyətli töhfələr verəcəyini bildirib.
O deyib: ''Bu gün bölgənin sülhü və sabitliyi üçün çox əhəmiyyətli bir fürsət var. Bu fürsəti yaxşı qiymətləndirmək olarsa, Azərbaycan ilə Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək və beləliklə, Türk Dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq”.
Ayşən