Artıq iki gündür ki, Şuşa-Xankəndi yolunda QHT nümayəndələrinin və aktivistlərin iştirakı ilə aksiya keçirilir. Aksiyada əsas tələb Rusiya Sülhməramlı Qüvvələrinin Baş Komandanı Andrey Volkovun əraziyə gəlməsi və sualları cavablandırılmasıdır.
Hazırda hadisə yerində olan "AZXEBER.COM” informasiya portalının baş direktoru Əfsələddin Ağalarov ərazidən son məlumatları çatdırmaq üçün Türkiyənin TvNet telekanalında canlı yayıma qoşulub.
Əfsələddin Ağalarov bildirib ki, ötən gündən başlayan aksiya bu gün də davam edib. Məlumata görə, rus sülhməramlıları əraziyə yeni texnika və canlı qüvvələr də cəlb edib.
Ərazidən ətraflı məlumat videogörüntüdə: