Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dörd gündür ki, davam edir.
AZXEBER.COM-un məlumatına görə, aksiya iştirakçılarının sayı getdikcə artır.
Bildirilib ki, Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalların haqlı tələbləri genişlənib.
Aksiya iştirakçısı bildirir ki, Vətənin dar günündə hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu gün tələbləri genişləndirsin.
Aksiya iştirakçıları şüarlar səsləndirərək, plakatlar qaldırırlar.
Qeyd edək ki, ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən "Qızılbulaq” və "Dəmirli” yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər.
Şuşa-Xankəndi yolundakı ən son məlumatları AZXEBER.COM-un canlı yayımı ilə təqdim edirik: