26 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun inzibati binasında İctimai Fond: "Azərbaycan Mərkəzinin", Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası keçirilib. Kampaniyada 50 nəfər Azərbaycanlı gənc və tələbə iştirak etmişlər. Aksiya iştirakçıları Dünya Birliyini Xocalıda törədilən ədalətsizliyə qarşı susmamağa "Xocalıya Ədalət" şüarı altında səsləmiş, erməni vəhşiliyini pisləmişlər. Daha sonra Xocalı qurbanlarının xatirəsinə dair hazırlanmış stend önünə gül qoyulmuş onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.