Aktrisa 9 saatlıq əməliyyat keçirdi

Aktrisa 9 saatlıq əməliyyat keçirdi
MAQAZİN
12:02 07.03.2024
238
9 saat davam edən əməliyyatdan çıxan türkiyəli aktrisa Berna Laçının son durumu açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, aktrisa özü bu haqda izləyicilərinə məlumat verib.
 
Onun sözlərinə görə onurğa beynində yaranan problemə görə yeriyə bilməyən Berna Laçının 3 fəqərəsinə 6 vint taxılıb.
 
"Əməliyyat 9 saat davam etdi və çox çətin əməliyyat oldu. Arxadakı fəqərələrin arasından çıxan disk onurğa beyni parçaladı. Ona görə də əməliyyat çox uzun çəkdi. Onurğa beyni özünü bərpa etməsi üçün bir həftədən on günədək xəstəxanada qalacağam. Zəng edib soruşan dostlara təşəkkür edirəm. Özümü çox yaxşı hiss edirəm. Yaxşı günlərdə görüşənədək".
 
Aysel
OXŞAR XƏBƏRLƏR