Aktrisa ABŞ-də girov saxlandığını iddia edib

MAQAZİN
12:46 15.10.2024
308
Özündən 48 yaş böyük Patrik Qreydi ilə ailə quran və ABŞ-də məskunlaşan "uşaq gəlin" obrazı ilə yadda qalan türkiyəli aktrisa Meltem Miraloğlu sənədlərinin oğurlandığını və bu səbəbdən Türkiyəyə dönə bilmədiyini bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, Qreydi ilə evliliyi zamanı sərvət dəyərində miras müqaviləsi bağladığı iddia edilən Miraloğlu sosial media hesablarında yayımladığı videolarla Amerikada girov saxlanıldığını açıqlayıb.
 
Aktrisa, videomüraciətinin ingilis dilinə tərcümə olunaraq aidiyyatı qurumlara göndərilməsini, ona vətəndaşlıq verilməsini və vəkillə təmin edilməsini xahiş edib.
 
Aysel
 

 

OXŞAR XƏBƏRLƏR