Aktrisa çəkiliş zamanı ölümdən döndü

MƏDƏNİYYƏT
12:22 28.03.2013
1763
Serial çəkilişləri Bəhreynin aktrisası üçün ölümlə nəticələnə bilərdi. Ölüm hökmü verilmiş teatr qəhrəmanının rolu Fatimə Abdel Rəhimə az qala həyatı bahası başa gəlib.Aktrisa boğazında ilgəh yalançı dar ağacında dayanarkən, gözlənilmədən ayağı sürüşüb və qadın ipdən asılı qalıb. Özünü itirməyən çəkiliş qrupunun üzvləri 37 yaşlı qadını xilas edə biliblər. İlgəh onun boğazından çıxarılaraq ilk yardım göstərilib."Mən ölümümü öz gözlərimlə gördüm. Məndə hallusinasiyalar başladı, qışqırmağa cəhd etdim, sonra huşumu itirdim. O anda anamı və uşaqlarımı düşündüm", - deyə aktrisa keçirdiyi hisləri danışıb.Xatırladaq ki, analoji hadisə bir il əvvəl braziliyalı aktyor Tiaqo Klimekin başına gəlmişdi. Lakin o zaman faciədən qaçmaq mümkün olmamışdı. 27 yaşlı aktyor İsa Peyğəmbərdən bəhs edən tamaşada ölüm səhnəsini təsvir edən pantomima göstərərkən təsadüfən boğulmuşdu.

OXŞAR XƏBƏRLƏR